Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyənin xam polad istehsalı 7 faiz artıb.
Banco.az xəbər verir ki, Türkiyə Polad İstehsalçıları Assosiasiyası (TÇÜD) iyul ayına dair polad istehsalı, istehlakı və xarici ticarət göstəricilərini açıqlayıb.
Məlumata görə, həmin ayda Türkiyənin xam polad istehsalı 2025-ci ilin eyni ayına nisbətən 7 faiz artaraq 3,4 milyon ton olub. İlin 7 ayında istehsal həcmi 7,9 faiz artımla 23,2 milyon ton səviyyəsində qeydə alınıb.
Hazır məhsul istehlakı isə iyulda illik əsasda 5,1 faiz azalaraq 3,5 milyon tona enərkən, yanvar-iyul dövründə 4,7 faiz artaraq 23,3 milyon tona çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
