Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət naziri Biser Petkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində Bolqarıstan nümayəndə heyəti ilə görüş olub. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Bolqarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.
Dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlandı: AZƏRBAYCAN neçənci sıradadır?
Birləşmiş Millətlər Təşkilatının hazırladığı "Happiest Countries In The World 2019" ("Dünyanın ən xoşbəxt ölkələri 2019") hesabatının nəticələri açıqlandı.
"Dünyanın ən xoşbəxt ölkələri 2019" hesabatına əsasən dünyanın ən xoşbəxt ölkəsi Finlandiya, ən bədbəxt ölkəsi isə Cənubi Sudandır.
Sabahın rəsmi məzənnəsi
Noyabrın 7-nə manatın məzənnəsi açıqlanıb.
07.11.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Bank VTB (Azərbaycan) keçirdiyi aksiyanın qaliblərini müəyyən etdi
Bank VTB (Azərbaycan) nağdsız ödənişlər üzrə aksiyanın qaliblərini müəyyən etdi. Aksiya müddətində VTB (Azərbaycan)-ın Mastercard ödəniş sisteminin kartı ilə daha çox nağdsız ödəniş həyata keçirən bankın 3 müştərisi aksiyanın qalibi oldu.
Aktivlərinin səmərəliliyinə görə banklar - ARAŞDIRMA
ROA (Return on Assets) müəssisənin ümumi aktivlərindən istifadə edərək nə qədər mənfəət qazandığını göstərən əmsaldır. Bu əmsal müəssisənin aktivlərinin nə qədər effektiv istifadə edildiyini göstərir. ROA əmsalı şirkətin xalis mənfəətinin onun ümumi aktivlərinə faiz nisbəti ilə hesablanır. Bu əmsalı hər bir manat aktivə nə qədər xalis mənfəət düşdüyünü ifadə edir.
Azərbaycanda elektron ödəmə sistemləri vasitəsilə əməliyyatların həcmi 200 milyard manata çatı
Bu ilin doqquz ayında elektron ödəmə sistemləri vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 200 milyard manata çatıb. Bu barədə Mərkəzi Bankın idarə heyətinin sədrinin birinci müavini Alim Quliyev noyabrın 6-da Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda deyib.
Naxçıvana iki milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam
“Apple” Kaliforniyada mənzil inşaatına 2,5 milyard dollar vəsait ayırdı
“Facebook” və “Google”dan sonra “Apple” da Kaliforniyada mənzil böhranının həlli üçün 2,5 milyard dollar vəsait ayırdı. İki il ərzində şirkət bu işdə fəal iştirak edəcək:
İşsizlikdən sığorta fondunun vəsaitlərinin yalnız 3.89%-i işsizlərə çatacaq
2020-ci ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 128 milyon 235.4 min manat səviyyəsində proqnozlaşdırılır ki, bunun da cəmi 5 milyon manatı və ya 3.89%-i birbaşa işsizlərin payına düşəcək.
Növbəti ilin büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur
"2020-ci ilin dövlət büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur. Növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclər ən böyük həcmə malikdir". Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov noyabrın 6-da Milli Məclisdə 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.