Aktivlərinə görə ölkənin ən böyük bankı olan ABB-də yeni yaradılan vəzifəyə təyinat olub.
Banco.az xəbər verir ki, özündə pərakəndə seqment, kart və kredit sahələrini birləşdirən Ofis rəhbəri vəzifəsinə Anar Abbasov təyin edilib.
Anar Abbasov Azərbaycan Beynəlxalq Bankında 2 ildir ki, çalışır. 2022-ci ilin avqust ayından 2024-cü ilin iyun ayınadək o, bankda Pərakəndə seqment sahəsinin rəhbəri kimi fəaliyyət göstərib.
A. Abbasov həmçinin, 2008-ci ildən 2021-ci ilə qədər “Bank of Baku”da müxtəlif vəzifələrdə çalışıb. Belə ki, 2008-ci ilin avqustundan 2012-ci ilin martına qədər bankda Partnyorlarla İş Departamentində, 2013-17-ci illərdə Rəqəmsal Bankçılıq və Layihələrin İdarəedilməsi Departamentinin direktoru, 2017-ci ilin aprel ayından 2018-ci ilin martına qədər Partnyor və Alternativ Satış Departamentinin Direktoru, 2021-ci ilin may ayına qədər isə İT, Ödəniş Sistemləri və Biznes Proseslərinin İdarəedilməsi üzrə Baş Direktor kimi fəaliyyətini davam etdirib.
2021-22-ci illərdə “Paşa Bank”da İdarə Heyətinin Sədrinin müşaviri və Pərakəndə Bankçılıq Departamentinin direktoru, 2018-23-cü illərdə eyni zamanda “Prime Insurance” şirkətində Müşahidə Şurasının sədr müavini olaraq çalışıb.
Qeyd edək ki, Anar Abbasov Milli Aviasiya Akademiyasında menecment ixtisası üzrə bakalavr, İngiltərənin “Sheffield” Universitetində isə biznes idarəçiliyi üzrə magistr təhsili alıb.
Bizi sosial şəbəkələrdən izləyin!!