Azərbaycanda taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 10 mini keçib | Banco.az

Azərbaycanda taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 10 mini keçib

Azərbaycanda taksi fəaliyyəti üçün icazə (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 10 040-a çatıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)  xəbər verir.

"Təlim keçən sürücülərin sayı isə 24 482 olub", - deyə agentlik bəyan edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu il martın 28-də Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Tələbə əsasən, sürücülər taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) almalıdır.