Bu il iyunun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,3 bənd təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
Bu, aylıq müqayisədə 0,5 bənd az, ilin əvvəlinə nisbətən 2,3 bənd çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,2 bənd çoxdur.
Bu il mayın sonuna manatın real effektiv məzənnəsi isə 120,1 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,7 bənd, ilin əvvəlinə nisbətən 1,3 bənd, illik müqayisədə isə 1,9 bənd azdır.
report