Banco.az | Tezliklə

BP-dən Azərbaycanda 500 milyon dollarlıq yeni müqavilə

Xəzər dənizində yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının və Şahdəniz qaz yatağının operatoru olan BP şirkəti,  Azərbaycanda qazma və mühəndis-layihələndirmə işləri üzrə müqavilənin müddətini əlavə 500 milyon ABŞ dolları dəyərində uzatdığını elan edib.

Azərbaycanca

Hüquqi şəxslərin dövlət qeydiyyatı cəmi 1 prosedurla 20 dəqiqə ərzində həyata keçirilir

Aprelin 16-da Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Vergilər Nazirliyinin nümayəndələrinin iştirakı ilə hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun mahiyyəti və üstünlüklərinə həsr edilmiş mətbuat konfransı keçirilib.

Azərbaycanca

Yanlış məlumatlara görə kim məsuliyyət daşıyır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan müraciətlərin araşdırılması zamanı əmək qanunvericiliyinə əməl olunması sahəsində bu ilin ilk rübündə 131 hüquq pozuntusu aşkar edilib.

Azərbaycanca

İşçilərin kiber İQ-su niyə artırılmalıdır?

Kiber təhlükəsizlik pozuntularında haker hücumları ilə yanaşı şirkətin öz işçiləri də böyük bir rol oynayır. Kiber hücumların artdığı iş dünyasında məlumat sızıntısı hakerlər, iqtisadi üstünlük əldə etmək istəyən dövlətlər, intellektual mülkiyyət hüquqlarını oğurlamaq istəyən rəqiblər və ya işçilər də daxil olmaqla müxtəlif mənbələrdən yarana bilər.

Azərbaycanca

Rəsmi işləyənlərin əksəriyyəti DÖVLƏT SEKTORUNDADIR

Dövlət Statistika Komitəsi Azərbaycanda iqtisadiyyatda işləyənlərin sayını və sahələrini açıqlayıb. 2019-cu il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1534,3 min nəfər olmuş, onlardan 865,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 669,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Azərbaycanca

Azərbaycanda ucuzlaşan və bahalaşan ƏRZAQLAR - SİYAHI

Dövlət Statistika Komitəsi (DSK) yanvar-mart ayları üzrə istehlak bazarı qiymətlərini açıqlayıb. DSK-nin məlumatına görə, bu dövrdə bəzi məhsulların qiymətində artım, bir sıra məhsullarda isə ucuzlaşma baş verib

Ay ərzində bahalaşan ərzaqlar

Azərbaycanca

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3%-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7% üstələyərək 8,8 mlrd. manata bərabər olub.

Azərbaycanca

Qeyri-neft məhsullarının ixracı 10%-dən çox artıb

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 86 ölkəyə məhsul ixrac olunmuş, 138 ölkədən idxal olunmuşdur.

Azərbaycanca

Rəqəmsal biznesə başlayanlar üçün 5 ƏSAS tövsiyə

Bu gün bir çox insanlar arzularını reallaşdırmaq və qarşılaşdıqları problemlərin həllini tapmaq üçün bir çox sahələrdə yeni biznes fikirlərini təqdim edirlər. Bununla yanaşı, yeni bir iş qurmaq, riskləri və diqqət edilməli olan bir sıra problemləri də ortaya çıxarır. Bu yazıda rəqəmsal işə başlamaq istəyənlər üçün beş tövsiyə haqqında danışacağıq.

Azərbaycanca

Azərbaycanda BOKT-ların kredit qoyuluşunda payı azalmaqdadır

Bu il martın 1-nə Azərbaycanda kredit qoyuluşu 12 974,6 milyon manat təşkil edib.

Bunun 2 080,2 milyon manatı və yaxud 16%-i dövlət banklarının, 10 550,7 milyon manatı və yaxud 81,3%-i özəl bankların, 343,7 milyon manatı və yaxud 2,7%-i isə bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşüb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »