Rusiya buğda ixracı rekordunu yeniləyə bilər | Banco.az

Rusiya buğda ixracı rekordunu yeniləyə bilər

İyunun 30-da başa çatacaq cari kənd təsərrüfatı mövsümünün nəticələrinə əsasən, xarici alıcılara ixrac edilən Rusiya buğdasının həcmi rekord həddə çata bilər.

Banco.az xəbər verir ki, bu barədə  Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Oksana Lut  məlumat verib.

"Belə bir ssenari reallaşarsa, rus fermerləri dünya bazarında liderliklərini təsdiqləyə biləcəklər. Cari mövsümün nəticələrinə əsasən, biz buğda ixracı üzrə rekord gözləyirik", - deyə Oksana  Lut BRİKS ölkələrinin kənd təsərrüfatı nazirlərinin görüşündə qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Oksana Lut  əlavə edib ki, o, təkcə buğda deyil, günəbaxan və soya yağının da rekord həcmdə ixracını gözləyir. Bundan əlavə, onun gözləntilərinə görə, rus fermerləri tarixdə ilk dəfə olaraq arpa və noxud tədarükündə lider mövqe tuta biləcəklər.

"Bütün bunlar Rusiya Federasiyasını dünyanın ən böyük kənd təsərrüfatı məhsullarının ixracatçılarından birinə çevirə bilər", - deyə Oksana  Lut bildirib.

Ən sərfəli krediti almaq üçün müraciət et