Dünya bazarında qəhvənin qiyməti bahalaşıb | Banco.az

Dünya bazarında qəhvənin qiyməti bahalaşıb

Qlobal iqlim dəyişikliyi səbəbindən qəhvənin qlobal qiymətləri kəskin şəkildə qalxıb.

Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, 2024-cü ilin birinci yarısında qəhvənin dəyəri 40 faiz artıb.Səbəb isə Vyetnamdakı quraqlıq  olub. İstehsalda dünya lideri olan  Braziliya da "Arabica" məhsulunda azalma gözləyir.

Təchizatların azalması fonunda London və Nyu-York   birjalarında qiymətlər yüksəlir.

Analitiklərin fikrincə, qəhvənin  qiymətin 2008-ci ildən bəri rekord həddə çatıb.