Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ili 724 milyon 321 min manat xalis mənfəətlə başa vurub.
Banco.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2 milyon 837 min manat və ya 0,4% çoxdur.
Ötən il AMB-nin aktivləri 34 milyard 836 milyon 486 min manat, öhdəlikləri 32 milyard 675 milyon 616 min manat, kapitalı isə 2 milyard 160 milyon 870 min manat təşkil edib. İl ərzində qurumun nizamnamə kapitalı isə dəyişməyərək 500 milyon manat qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
