Neftin qiyməti 97 dolları ötüb | Banco.az

Neftin qiyməti 97 dolları ötüb

Londonun ICE Futures birjasında avqust ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti  əvvəlki bağlanışdan 1,05 dollar (1,09%) çox olmaqla 97,05 dollar/barel təşkil edib. Çərşənbə axşamı bu müqavilələr 1,02 dollar (1,07%) artaraq 96 dollar/barel olub.

Banco.az xəbər verir ki, Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarət sessiyasında iyul ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti 1,05 dollar (1,12%) artaraq bir barel üçün 94,81 dollara çatıb. Əvvəlki sessiyada onların qiyməti 1,60 dollar (1,74%) artaraq bir barel üçün 93,76 dollara çatıb.