Müəllif:Mehin Qasımova,Banco.az
TikTok-un qurucusu Çjan Yiming Mukeş Ambani-ni keçərək Asiyanın ikinci ən varlı adamı olub.
Banco.az xəbər verir ki, Bloomberg Milyarderlər İndeksinə görə, Çjanın sərvəti 92,8 milyard dollara yüksəlib və bu da onun Çinin ən varlı adamı titulunu möhkəmləndirib.
Çjan ilk dəfə 2025-ci ildə Çinin ən varlı adamı olub. Daha sonra titulunu itirsə də, bu il onu geri qaytarıb.
Qeyd edək ki, Qautam Adani 117,4 milyard dollarlıq sərvəti ilə regionun ən varlı adamı olaraq qalır.
