Gürcüstanın Baş naziri İraklli Qaribaşvili ölkədən taxıl ixracının qadağan edilməsini nəzərdə tutan fərmanı imzalayıb.
Hökumət qərarın qida təhlükəsizliyi ilə əlaqəli olduğunu bəyan edib.
Gürcüstanın Baş naziri İraklli Qaribaşvili ölkədən taxıl ixracının qadağan edilməsini nəzərdə tutan fərmanı imzalayıb.
Hökumət qərarın qida təhlükəsizliyi ilə əlaqəli olduğunu bəyan edib.
Şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin ediləcək.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Sosial müavinətlər haqqında” qanunda edilən dəyişiklikdə əksini tapıb.
Prezident İlham Əliyev "Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Sənədə əsasən, bununla da Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək.
Bölgələrdə taxıl biçini davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, hazırda Azərbaycanın 61 rayonunda biçin gedir. Aran bölgələrində arpa biçini yekunlaşmaq üzrədir, artıq əksər rayonlarda kütləvi buğda biçininə başlanıb. Bugünədək sahələrdən ümumilikdə 1 milyon 364 min 844 ton məhsul yığılıb. Biçin davam edir.
Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu 1 226 investisiya layihəsinin maliyyələşdirilməsinə 43,7 milyon manat güzəştli kredit verilib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,6 dəfə və 75,5 % çoxdur.
Günü-gündən rəqəmsallaşaraq xidmətlərini daha da əlçatan edən Rabitəbank, Rəqəmsal Kredit məhsulunu müştərilərinə təqdim edir.
Rəqəmsal Kredit – kreditin tam onlayn şəkildə, müştərinin banka yaxınlaşmasına ehtiyac olmadan, Rabita Mobile tətbiqetməsi üzərindən rəsmiləşdirilmə prosesidir.
Ötən həftə maliyyə bazarlarında yüksək dinamiklik müşahidə olunmasa da, bəzi maliyyə alətlərində aqressiv addımlar müşahidə olundu. Belə ki, neftin qiymətində nisbətən geriləmə olsa da, Yapon yenası dollara nisbətdə yeni tarixi maksimumları yaşadı. Cari həftə bir sıra iqtisadi göstəricilərlə yanaşı, Mərkəzi bankların sədrlərinin də çıxışı gözlənilir.
26 iyun – Silahlı Qüvvələr Günü Kapital Bank-ın 44 günlük Vətən Müharibəsində iştirak edən əməkdaşları üçün bank tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfər təşkil edildi. Səfərin məqsədi bayramı günü-gündən dirçələn, Qarabağın tacı olan Şuşada qeyd etmək, igidlərimizin qanı və canı bahasına azad edilən yerləri canlı görmək idi.
Dövlət bankı Azər Türk Bank özünün internet səhifəsində yeni cashback saytını müştərilərinin istifadəsinə vermişdir.
İyul ayında bayramla əlaqədar qeyri-iş günləri məlum olub.
Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.