Tamara Mustafayeva, Banco.az
E-ticarət sektorunun aparıcı şirkətlərindən biri olan "Amazon" 1 milyard avroluq nəhəng investisiya qoyuluşuna hazırlaşır.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi Avropadakı paylayıcı donanmasını elektrikləşdirmək üçün beş il ərzində 1 milyard avro xərcləyəcəyini açıqlayıb.
İnvestisiya Avropadakı avtomobil donanmasına əlavə olaraq 10 min elektrik mikroavtobusu və 1500 elektrikli ağır nəqliyyat vasitəsinin alınmasına sərf olunacaq. Şirkət 2040-cı ilə qədər xalis sıfır karbon emissiyasına nail olmağı hədəflədiyini bildirib.
"Nəqliyyat şəbəkəmizi karbondan təmizləmək və xalis sıfır karbon hədəfimizə nail olmaq üçün əhəmiyyətli və davamlı investisiyalar tələb olunacaq", - deyə "Amazon"un CEO-su Endi Jassi bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!