Yaponiyada Marsda və Ayda həyat üçün tikili qurmaq niyyətindədirlər | Banco.az

Yaponiyada Marsda və Ayda həyat üçün tikili qurmaq niyyətindədirlər

Yaponiyanın qərbində yerləşən Kioto Universiteti və "Kajima" İnşaat Korporasiyası birgə gələcəkdə Marsda və Ayda insan həyatı üçün yararlı olacaq tikili qurmaq niyyətindədir.

Bu barədə "NHK" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, tədqiqatçıların əsas vəzifələrindən biri tikilinin içərisində uzunmüddətli həyat üçün zəruri olan yerin cazibə qüvvəsinin analoqunu yenidən yaratmaqdır. Bu problemin həlli olaraq, yaşayış yerinin öz oxu ətrafında fırlanması təklif olunur ki, bu da bu şəkildə yaranan mərkəzdənqaçma qüvvəsi sayəsində cazibə qüvvəsinin formalaşmasına imkan verəcəkdir.

Tikilinin hündürlüyü 200 ilə 400 m, diametri - 200 m ola bilər.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et