Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 1 637,4 kiloqramı qızılın, 2 154 kiloqramı isə gümüşün payına düşüb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, qızıl istehsalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,1%, gümüş istehsalı isə 15% azalıb.
Avqustun 1-nə olan vəziyyətə əsasən, ölkədə 162,5 kiloqram hazır qızıl, 600,4 kiloqram hazır gümüş ehtiyatı var.
Bizi sosial şəbəkələrdən izləyin!!
