Ölkəmizə daimi yaşamaq üçün 2 085 nəfər gəlib | Banco.az

Ölkəmizə daimi yaşamaq üçün 2 085 nəfər gəlib

Bu ilin yanvar-iyun ayları ərzində 2085 nəfər Azərbaycana daimi yaşamaq üçün gəlib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Həmin müddətdə Azərbaycandan 1 159 nəfər gedən qeydə alınıb.

Ölkə üzrə miqrasiya saldosu müsbət 926 nəfər təşkil edib.