Müəllif: Gülar Əhmədli, Banco.az
Şəhər yerlərində vətəndaşların aylıq istehlak xərcləri orta hesabla 398 manatdır.
Banco.az xəbər verir ki, ötən il kənd sakinlərinin ən çox vəsait ayırdığı sahə qida məhsulları olub.
Belə ki, bir nəfərin orta aylıq ərzaq xərci 169 manat təşkil edib. Orta hesabla kənd yerlərində 1 nəfər su, elektrik enerjisi, qaz və digər yanacaq növlərinə 30,2 manat, ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa 29,5 manat, nəqliyyat xidmətlərinə 27,3 manat, mehmanxana, kafe və restoran xidmətlərinə 29 manat, istirahət və mədəniyyət xidmətlərinə 17,2 manat, paltar və ayaqqabıya isə 22,8 manat xərc çəkib.
Bu göstərici səhiyyə xidmətləri üzrə 21,1 manat, rabitə xidmətləri üzrə 14,7 manat, tütün məmulatları üzrə 8 manat, təhsil üzrə 7,2 manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
