Bu ilin yanvar-iyul aylarında Azərbaycan 631,7 min ton buğda idxal edib.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 143,5 milyon ABŞ dolları olub.
Bunıar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 14,7 min ton (2,2 %) az, dəyər baxımından isə 3,3 milyon ABŞ dolları (2,3 %) çoxdur.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,4 %-ni təşkil edib.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb.
Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
