Hindistan və Rusiya baza valyutası kimi Çin yuanına keçə bilər | Banco.az

Hindistan və Rusiya baza valyutası kimi Çin yuanına keçə bilər

"Hindistan Rusiyadan təxminən 15 milyon barrelə qədər xam neft idxal edə bilər".

Bu barədə “Business Standard”qəzeti etibarlı mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, sövdələşmənin rubl və ya rupi ilə həyata keçiriləcəyi ehtimal edilir.

Bu yaxınlarda Hindistanın neft və qaz naziri Hardeep Singh Puri bildirib ki, ölkəsi Rusiya ilə neftin alışı ilə bağlı müxtəlif məsələlər üzrə danışıqlar aparır.

Həmçinin məlum olub ki, Hindistan və Rusiya Federasiyası rupi-rubl sxemi üzrə ticarət hesablaşmalarında baza valyutası kimi Çin yuanına keçə bilər.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et