Aİ: Şengen zonasının İspaniya üçün bağlanması gündəmdə deyil | Banco.az

Aİ: Şengen zonasının İspaniya üçün bağlanması gündəmdə deyil

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ: Şengen zonasının İspaniya üçün bağlanması gündəmdə deyil.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) bildirib ki, İspaniyanın Şimali Afrikadakı anklavı Seutadan (Ceuta) Avropa materikinə və ya digər Aİ üzvü ölkələrə qeyri-qanuni miqrant keçidi qeydə alınmayıb. Buna görə də mövcud şəraitdə Şengen zonasının İspaniya üçün bağlanması ilə bağlı hər hansı prosesin başlanması mümkün deyil.

Brüsseldə jurnalistlərlə görüşən Aİ-nin yüksək vəzifəli rəsmisi Seutadakı vəziyyətlə bağlı qiymətləndirmələr aparıb.

Rəsmi qeyd edib ki, Şengen Sərhəd Məcəlləsinə əsasən, Seuta və Melilya üçün xüsusi qaydalar tətbiq olunur. O bildirib: “Bu çərçivədə Şengen Sərhəd Məcəlləsinin 41-ci maddəsinə uyğun olaraq, Seuta və Melilyadan ayrılan şəxslərə münasibətdə sərhəd nəzarəti qüvvədə qalır. Bu məqamın xüsusilə vurğulanması son dərəcə vacibdir.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram