İstanbulda inflyasiya iyul ayında sürətlənib | Banco.az

İstanbulda inflyasiya iyul ayında sürətlənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İstanbulda inflyasiya iyul ayında sürətlənib.

Banco.az xəbər verir ki, "İstanbul Ticarət Palatası"nın (İTO) məlumatına görə, İstanbulda pərakəndə qiymətlər iyul ayında aylıq müqayisədə 2,06 faiz, illik müqayisədə isə 35,20 faiz artıb.

"İTO"nun açıqladığı iyul ayı üzrə İstanbul İstehlak Qiymətləri İndeksinə əsasən, şəhərdə pərakəndə qiymətlər əvvəlki ayla müqayisədə 2,06 faiz yüksəlib. İllik inflyasiya isə 35,20 faiz səviyyəsində qeydə alınıb.

İyul ayında əsas istehlak xərcləri qrupları üzrə ən yüksək aylıq qiymət artımı 9,77 faizlə səhiyyə sahəsində müşahidə olunub. Səhiyyə xərclərini 4,42 faizlə nəqliyyat, 3,69 faizlə rabitə, 2,50 faizlə istirahət və mədəniyyət, 2,01 faizlə mənzil, 1,60 faizlə ev əşyaları, 1,54 faizlə restoran və hotellər, 1,47 faizlə təhsil, 1,30 faizlə ərzaq və alkoqolsuz içkilər, 1,03 faizlə müxtəlif mal və xidmətlər, 0,77 faizlə isə alkoqollu içkilər və tütün məmulatları üzrə xərclər izləyib.

Bununla yanaşı, iyul ayında qiymətlərin azaldığı yeganə əsas xərc qrupu geyim və ayaqqabı olub. Bu kateqoriya üzrə qiymətlər aylıq müqayisədə 0,66 faiz geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram