Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə ilə İraq arasında neft sazişi imzalanıb.
Banco.az xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, İraqla əldə olunan razılaşmaya əsasən, Ceyhan limanına gündəlik 750 min barel neft nəql ediləcək.
Alparslan Bayraktar Energetika və Təbii Sərvətlər Nazirliyində İraqın neft naziri Basim Məhəmməd Hüdeyir və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib.
Bayraktar görüşdən sonra "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib: “İraqın neft naziri cənab Basim Məhəmməd Hüdeyir və onu müşayiət edən nümayəndə heyəti ilə nazirliyimizdə səmərəli görüş keçirdik. Görüşdən sonra "BOTAŞ" ilə İraqın dövlət neft şirkətləri "SOMO" və "NOC" arasında İraq–Türkiyə xam neft boru kəmərinin səmərəli istifadəsini təmin edəcək bir illik saziş imzaladıq.”
Bizi sosial şəbəkələrdən izləyin!!
