Çin səkkiz yeni nüvə reaktorunun inşasına razılıq verib | Banco.az

Çin səkkiz yeni nüvə reaktorunun inşasına razılıq verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin səkkiz yeni nüvə reaktorunun tikintisini təsdiqləyib.

Banco.az xəbər verir ki, Çin Dövlət Şurası səkkiz yeni nüvə enerji blokunu əhatə edən dörd nüvə enerjisi layihəsinin tikintisinə icazə verib.

Dövlət mediasının yaydığı məlumatlara görə, təsdiqlənən layihələr üzrə ümumi investisiya həcminin 170 milyard yuanı (25,2 milyard dollar) ötəcəyi gözlənilir.

"Reuters"in məlumatına əsasən, layihələr çərçivəsində Çinin Çjetszyan, Quanqdonq, Lyaonin və Şandun əyalətlərinin hər birində iki nüvə enerji bloku inşa ediləcək.

Çin 2025-ci ildə də ümumi investisiya dəyəri təxminən 200 milyard yuan hesablanan 10 yeni nüvə enerji blokunun tikintisinə icazə vermişdi.

Aprel ayında dərc olunan sektor hesabatına görə, 2026-cı ilin aprel ayına olan vəziyyətə əsasən, Çində istismarda olan 60 nüvə reaktoru və tikintisi davam edən 36 reaktorun ümumi gücü 125 giqavata çatıb. Bununla da ölkə quraşdırılmış nüvə enerji gücünə görə dünyada birinci yerə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram