ABŞ Çinlə əlaqəli 43 şirkətə idxal qadağası tətbiq edib | Banco.az

ABŞ Çinlə əlaqəli 43 şirkətə idxal qadağası tətbiq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Çinlə əlaqəli 43 şirkətə idxal qadağası tətbiq edib.

Banco.az xəbər verir ki, ABŞ uyğurların və digər azlıq qruplarının məcburi əməyə cəlb edildiyi iddiası ilə Çinlə əlaqəli 43 şirkətdən həyata keçirilən idxalı qadağan edib.

Hökumətin açıqlamasına görə, siyahıya əlavə edilən şirkətlər arasında Çinin ən böyük kondensator istehsalçılarından biri olan "Hunan Aihua Group" da yer alıb.

Sözügedən şirkətlər ABŞ-ın Çinin Sincan bölgəsində insan hüquqlarının pozulması və davam edən soyqırımı ilə əlaqəli hesab etdiyi məhsulların idxalını məhdudlaşdıran "Uyğurların Məcburi Əməyinin Qarşısının Alınması Haqqında Qanun" çərçivəsində yaradılmış siyahıya daxil edilib.

Siyahıya son əlavə olunan şirkətlər arasında elektrik avadanlıqları, əczaçılıq, metal, pambıq, qida və litium istehsalı sahələrində fəaliyyət göstərən müəssisələr də var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram