Azərbaycan pomidor ixracından 164 mln. dollar gəlir əldə edib | Banco.az

Azərbaycan pomidor ixracından 164 mln. dollar gəlir əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-iyun ayında Azərbaycan 163.8 mln. ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib. Bu, illik müqayisədə 14.8 milyon dollar və ya 9.9% çoxdur.

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2026-ci ilin iyun ayında pomidor ixracının ümumi dəyəri isə 44 milyon dollara bərabər olub ki, bu da ötən ilin iyununa nisbətdə 8.8 milyon dollar və ya 25% çoxdur.

Qeyd edək ki, 2026-cı ilin iyun ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) birinci olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram