Türk lirəsi rekord səviyyədə ucuzlaşdı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Türk lirəsi rekord səviyyədə ucuzlaşdı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dünən dollar qlobal miqyasda dəyər itkisi yaşayarkən FED sədri Cerom Pauelin açıqlamaları dinamikanı tərsinə çevirib.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, axşam saatlarında türk lirəsinin yenidən dəyər itirməsi ilə 13.95 səviyyəsinə çatan məzənnə növbəti tarixi rekorda imza atıb. Yeni günə isə geriləyərək başlayıb.

Hazırda Dollar/TL məzənnəsi 13.56 səviyyəsində ticarət edilir.

Qeyd edək ki, yeni həftənin əsas gündəm mövzusu koronavirusun "Omikron" adlı yeni ştammı hesab edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram