ABŞ-da ipoteka faizləri artmaqda davam edib | Banco.az

ABŞ-da ipoteka faizləri artmaqda davam edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ipoteka faizləri artmaqda davam edib.

Banco.az xəbər verir ki, ABŞ-da 30 illik ipoteka (mənzil krediti) üzrə orta faiz dərəcəsi ötən həftə 6,76 faizə yüksələrək 2025-ci ilin avqust ayından bəri ən yüksək səviyyəyə çatıb.

İpoteka Bankirləri Assosiasiyası (MBA) iyulun 24-də başa çatan həftəyə dair ipoteka müraciətləri üzrə statistik məlumatları açıqlayıb.

Məlumata görə, ötən həftə ipoteka müraciətlərinin sayı əvvəlki həftə ilə müqayisədə 6,4 faiz azalıb. Eyni dövrdə mənzil alınması məqsədilə verilən ipoteka müraciətləri 4 faiz, yenidən maliyyələşdirmə məqsədli müraciətlər isə 10 faiz geriləyib.

ABŞ-da 30 illik ipoteka üzrə orta faiz dərəcəsi 6,69 faizdən 6,76 faizə yüksəlib. 15 illik ipoteka üzrə orta faiz dərəcəsi isə 6,04 faizdən 6,15 faizə çatıb.

MBA-nın vitse-prezidenti Coel Kan açıqlamasında bildirib ki, neft qiymətlərindəki artımdan sonra ipoteka faizləri yüksəlib və 30 illik ipoteka üzrə faiz dərəcəsi 2025-ci ilin avqustundan bəri ən yüksək səviyyəyə çatıb.

Kan qeyd edib ki, faiz dərəcələrinin yüksəlməsi yenidən maliyyələşdirmə müraciətlərinə ciddi təzyiq göstərməkdə davam edir. Onun sözlərinə görə, bəzi bazarlarda mənzil təklifinin artmasına baxmayaraq, yüksək faiz dərəcələri bir çox alıcı üçün mənzil əldə etməyi çətinləşdirir və bu da mənzil alışı məqsədli ipoteka müraciətlərinin azalmasına səbəb olur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram