FED-in açıqlamalarından sonra qızılın qiyməti yüksəlib | Banco.az

FED-in açıqlamalarından sonra qızılın qiyməti yüksəlib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qızılın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Kevin Uorşun inflyasiya ilə mübarizəyə dair açıqlamalarından sonra cüzi artıb. FED-in son iclasında faiz dərəcələrini sabit saxlaması isə bazarlarda növbəti addımla bağlı qeyri-müəyyənliyi qoruyub.

Banco.az xəbər verir ki, spot qızılın qiyməti 0,3% artaraq unsiya üçün 4 076,29 dollara yüksəlib.

FED sədri inflyasiyanın nəzarət altına alınması ilə bağlı mövqeyini təkrarlasa da, açıqlamalar növbəti faiz qərarı ilə bağlı gözləntiləri daha da qeyri-müəyyənləşdirib.

Analitiklər bildirirlər ki, bazarın inflyasiya ilə mübarizədə daha sərt mövqe gözləməsinə baxmayaraq, Uorşun açıqlamalarında bu istiqamətdə güclü siqnalların olmaması qızılın qiymətini dəstəkləyib.

Digər qiymətli metallardan gümüş 0,4% artaraq 57,86 dollara, palladium 1,5% yüksələrək 1 264,49 dollara çatıb. Platin isə 0,6% ucuzlaşaraq 1 602,34 dollara enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram