Azərbaycanın dövriyyədə olan avrobondlarının ümumi dəyəri dəyişməyib | Banco.az

Azərbaycanın dövriyyədə olan avrobondlarının ümumi dəyəri dəyişməyib

Bu il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcunun 30 %-ni və ya 1 milyard 387,3 milyon ABŞ dollarını beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edib.

Maliyyə Nazirliyinin məlumatına əsasən, bu rəqəm ilin əvvəli ilə müqayisədə dəyişməyib.

Hesabat tarixinə avrobondların 5,125 kupon dərəcəli 310,7 milyon dollarlıq hissəsinin ödəniş müddəti 2029-cu ildə, 3,5 % kupon dərəcəli 1 076,6 milyon dollarlılıq hissəsinin ödəniş müddəti isə 2 032-ci ildə başa çatır.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram