Müəllif: Gülnar Əhmədli, Banco.az
"AzerGold" QSC 2026-cı ilin yanvar-iyun ayları ərzində 126.6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyul sayına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26.3 milyon ABŞ dolları və ya 26.2% çoxdur.
Qeyd edək ki, "AzerGold" 2025-ci ildə ixracdan 225.7 milyon ABŞ dolları gəlir əldə etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
