Dövlət istiqrazları üzrə ödənişlərin məbləği açıqlanıb | Banco.az

Dövlət istiqrazları üzrə ödənişlərin məbləği açıqlanıb

2026-cı ilin birinci yarımili ərzində dövlət büdcəsində nəzərdə tutulmuş daxili dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 275,9 milyon manat məbləğində vəsait istifadə edilib.

Banco.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilir ki, eyni zamanda 1.971,9 milyon manat məbləğində dövlət istiqrazları üzrə vaxtı çatmış əsas borc vəsaiti investorlara geri ödənilmiş, habelə 200 milyon manat məbləğində dövlət istiqrazları daxili maliyyə bazarında yerləşdirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram