Azərbaycandakı kredit ittifaqları I yarımildən zərərlə çıxdı | Banco.az

Azərbaycandakı kredit ittifaqları I yarımildən zərərlə çıxdı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı kredit ittifaqları 2026-cı ilin I yarısını 0,6 milyon manat xalis zərərlə başa vurub. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit ittifaqları 2025-ci ilin eyni dövrünü isə 0,03 milyon manat xalis zərərlə başa vurmuşdu.

Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 11,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,3% azdır.

Qeyd edək ki, hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 3,8% azalaraq 2,5 milyon manata, balans kapitalı isə 6,9% azalaraq 9,4 milyon manata enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram