Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə dalğalı hərəkət dinamikası ilə başlayıb.
Həftənin əvvəlində 7.22 səviyyəsinə qədər geriləyən məzənnə dünən açıqlanan proqnozları üstələyən inflyasiya göstəricilərindən sonra 7.40 səviyyəsini keçərək gecə saatlarında 7.50-ə qədər yüksəlib.
Dollar/TL məzənnəsi bu gün səhər saatlarında isə 7.45 səviyyəsində icra edilməkdədir.
Qeyd edək ki, bu gün ABŞ-dan gələcək iki mühüm göstərici və FED sədri Cerom Pauelin çıxışı birjaların diqqət mərkəzində olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!