Azərbaycan 2018-ci ilin yanvar-noyabr aylarında Rusiyadan 2,4 min ədəd minik avtomobili idxal edib. Bu barədə Rusiyanın “AVTOSTAT” analitik agentliyi məlumat yayıb.
"Bu, Rusiya istehsalı olan avtomobillərin ixracının 9,2%-ni təşkil edir", - deyə agentlik qeyd edir.
Statistik məlumatlara görə, yanvar-noyabr aylarında RF xaricə (Avrasiya İqtisadi İttifaqına daxil olan dövlətlərdən başqa) 26 min ədəd minik avtomobili tədarük edib.
Bunun 70%-dən çoxu 5 ölkənin payına düşür. Bu göstərici üzrə Çexiya liderlik edir. Hesabat dövründə Rusiyadan bu ölkəyə 6,3 min ədəd avtomobil gətirilib. 2-ci yerdə Ukrayna (3,8 min ədəd), 3-cü yerdə Özbəkistan (3,1 min ədəd) qərarlaşıb.
Dördüncü və beşinci yerlərdə Latviya (2,9 min ədəd) və Azərbaycan (2,4 min ədəd) gəlir.
Marja