Azərbaycanın ən böyük elektrik stansiyasının istehsal həcmi açıqlanıb | Banco.az

Azərbaycanın ən böyük elektrik stansiyasının istehsal həcmi açıqlanıb

Azərbaycanın müstəqillik dövründə inşa edilmiş ən böyük elektrik stansiyası olan "8 Noyabr" Elektrik Stansiyası istismara verildiyi tarixdən bu ilin iyun ayınadək 11 milyard 676,9 milyon kVt/saat enerji istehsal edib.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ildə elektrik stansiyasında 7 milyard 953,7 milyon kVt/saat enerji istehsal edilib. Bu ilin yanvar-may ayları ərzində isə "8 Noyabr"da 3 milyard 723,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

İtaliya ve Çin şirkətləri ilə əməkdaşlıq nəticəsində ərsəyə gələn elektrik stansiyasında 4 ədəd blok transformatoru quraşdırılıb. "Azərbaycan" İstilik Elektrik Stansiyasının 7 və 8 saylı blokları (2x300 MVt) modernizə edilərək yenidən qurulub.

Qeyd edək ki, "8 Noyabr" Elektrik Stansiyası 2025-ci ilin iyunun 24-də inşa edilib. Bu buxar-qaz tipli elektrik stansiyasının ümumi gücü 1 880 MVt təşkil edir.