Çinli akkumulyator istehsalçısı CATL Honq Konqda listinq üçün müraciət edib | Banco.az

Çinli akkumulyator istehsalçısı CATL Honq Konqda listinq üçün müraciət edib

Müəllif - Eldar Kərimov/Banco.az

Çinli akkumulyator istehsalçısı Contemporary Amperex Technology Co. (CATL) Honq Konq birjasında listinq üçün rəsmi müraciət edib.

Şirkətin Honq Konq birjasına təqdim etdiyi sənədlərə əsasən, səhmlərin yerləşdirilməsini Bank of America Corp., China International Capital Corp. (CICC), China Securities International, JPMorgan Chase & Co., Goldman Sachs Group Inc., Morgan Stanley və UBS Group AG həyata keçirəcək.

Bu listinq 2021-ci ildən bəri Honq Konq birjasında baş tutan ən böyük IPO-lardan biri ola bilər. Əvvəlki xəbərlərə görə, şirkət 5 milyard dollardan çox vəsait cəlb edə bilər.

CATL səhmləri artıq Şençjen birjasında ticarət olunur və son 12 ayda onların dəyəri 54,6% artıb. Şirkətin bazar kapitallaşması təxminən 155 milyard dollar təşkil edir.

Analitik şirkət SNE Research-in məlumatına görə, CATL-in qlobal elektromobil akkumulyator bazarındakı payı 37%-ə yaxındır.