Böyük Britaniya ilk rübdə proqnozlara uyğun olaraq böyüyüb | Banco.az

Böyük Britaniya ilk rübdə proqnozlara uyğun olaraq böyüyüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya ilk rübdə proqnozlara uyğun olaraq böyüyüb.

Banco.az xəbər verir ki, İngiltərənin Milli Statistika Ofisi (ONS) ilin birinci rübünə dair iqtisadi artım göstəricilərini açıqlayıb.

Məlumata əsasən, ölkə iqtisadiyyatı həmin dövrdə rüblük müqayisədə 0,6 faiz artıb. Bazar gözləntisi isə birinci rübdə iqtisadi artımın 0,5 faiz olacağı istiqamətində idi. Əvvəlki rübdə iqtisadi artım 0,2 faiz təşkil etmişdi.

İlin ilk rübündə qeydə alınan artıma ən böyük töhfə xidmət sektorundan gəlib. Ölkə iqtisadiyyatının mühüm hissəsini təşkil edən xidmət sahəsi bu dövrdə 0,8 faiz böyüyüb.

Emal sənayesi və tikinti sektorlarında da müvafiq olaraq 0,2 faiz və 0,4 faiz artım qeydə alınıb.

İngiltərə iqtisadiyyatında mart ayında artım 0,3 faiz hesablanıb. Gözlənti isə Yaxın Şərqdəki müharibənin təsiri ilə mart ayında ölkə iqtisadiyyatının 0,2 faiz kiçiləcəyi yönündə idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram