Nvidia-nın bazar dəyəri 6 trilyon dollara yaxınlaşır | Banco.az

Nvidia-nın bazar dəyəri 6 trilyon dollara yaxınlaşır

Müəllif: Mehin Qasımova, Banco.az

ABŞ-ın texnologiya nəhəngi "Nvidia" şirkətinin səhmləri süni intellekt investisiyalarına marağın artması fonunda yüksəlişini davam etdirib.

Banco.az xəbər verir ki, cümə axşamı keçirilən hərraclarda şirkətin səhmləri gün ərzində 4,7% bahalaşaraq 236,47 dollara çatıb. Son yeddi gündə isə səhmlər ümumilikdə 20%-ə yaxın dəyər qazanıb.

Bu yüksəliş nəticəsində şirkətin bazar kapitallaşmasına 900 milyard dollardan çox əlavə olunub və Nvidia-nın ümumi bazar dəyəri 6 trilyon dollara yaxınlaşıb. Bu göstərici dünya bazarlarında indiyədək çox az şirkətin yaxınlaşa bildiyi rekord səviyyə kimi qiymətləndirilir.

Şirkət dəyərinin sürətli artımı fonunda "Nvidia" qızıldan sonra dünyanın ikinci ən böyük aktivinə çevrilib.

Analitiklər bildirirlər ki, son inkişaflar süni intellekt texnologiyalarına rəhbərlik edən şirkətlərə investor marağının hələ də yüksək olduğunu göstərir. Xüsusilə yarımkeçirici istehsalçıları bu prosesin əsas qalibləri sırasında yer alır.