Yaponiyanın adambaşına düşən ÜDM-i ilk dəfə olaraq Cənubi Koreyadan geridə qalıb | Banco.az

Yaponiyanın adambaşına düşən ÜDM-i ilk dəfə olaraq Cənubi Koreyadan geridə qalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyanın adambaşına düşən ÜDM-i ilk dəfə olaraq Cənubi Koreyadan geridə qalıb.

Banco.az xəbər verir ki, Yaponiyanın 2023-cü ildə adambaşına düşən nominal ümumi daxili məhsulu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) 38 üzvü arasında 22-ci yerdə qərarlaşıb və indiyədək ən aşağı səviyyədə olub.

Nazirlər Kabinetindən verilən açıqlamaya görə, Yaponiyanın ABŞ dolları ilə ölçülən adambaşına düşən ÜDM-nin əvvəlki illə müqayisədə 0,8 faiz azalaraq 33 min 849 dollara (5,3 milyon yen) düşdüyü bildirilib.

1980-ci ildən, müqayisəli məlumatların tərtib olunmağa başlandığı vaxtdan bu yana ilk dəfədir ki, Yaponiya adambaşına düşən ÜDM-də Cənubi Koreyadan geridə qalır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Cənubi Koreya adambaşına düşən ÜDM-i 35,563 dollarla 21-ci yerdədir. Yaponiyanın reytinqi isə 2022-ci ildə olduğu kimi 22-ci pillədə qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram