Müəllif:Ayşən İmanova/Banco.az
Çinin “Xian Aiju” korporasiyası Şimali Qazaxıstan vilayətində aqrar-sənaye klasterinin (ASK) inkişafına yönəlmiş obyektlərin tikintisinə 6,8 milyard tənqə (14,5 milyon dollar) sərmayə qoyub.
Banco.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
"2016-cı ildən bu layihə çərçivəsində ildə 300 min ton emal gücünə malik "Taiynşa-Mai" MMC yağlı toxum emalı zavodu uğurla fəaliyyət göstərir. Zavodda 70-dən çox işçi çalışır. Klasterin inkişafı çərçivəsində , məhsuldarlığı sutkada 300 ton un olan dəyirman tikilir ", - ASK məlumatında deyilir.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, korporasiyanın planlarına Şimali Qazaxıstanda sutkada 1 min ton məhsul istehsal edəcək yem zavodunun və 50 min ton taxıl saxlama anbarının tikintisi daxildir.
Qeyd olunur ki, bu layihəyə ümumi investisiya qoyuluşu 6,8 milyard tənqə təşkil edib, 90 yeni iş yeri yaradılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!