Fransanın bu bankı iki böyük LNG layihəsini maliyyələşdirməyəcək | Banco.az

Fransanın bu bankı iki böyük LNG layihəsini maliyyələşdirməyəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransanın "Credit Agricole" bankı iki böyük LNG layihəsini maliyyələşdirməyəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, fransız bankı "Exxon Mobil" və "Eni"nin Mozambikdəki Rovuma layihəsini və "TotalEnergies", "Santos" və "Exxon Mobil" tərəfindən dəstəklənən Papua Yeni Qvineya LNG layihəsini maliyyələşdirməyəcəyini bildirib.

Bankın bəyanatında sözügedən qərar onun yeni qalıq yanacaq inkişafının qarşısını almaq öhdəliyi ilə əlaqələndirilib.

Qeyd edək ki, "Credit Agricole" Papua LNG və Rovuma LNG layihələrinin əsas maliyyə məsləhətçisi idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et