Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq artım tempinə görə ABŞ və Avropanı ötüb | Banco.az

Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq artım tempinə görə ABŞ və Avropanı ötüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya iqtisadiyyatı sanksiyaların ikinci ilini geridə qoyub.

Banco.az xəbər verir ki, Rusiya Ukrayna ilə müharibəsinin üçüncü ilinə qədəm qoyduğu bir vaxtda Qərb ölkələri ilə davam edən iqtisadi müharibə və sanksiyaların təsiri gündəmdə qalmaqdadır.

Qərb ölkələri 2022-ci ilin fevralında başlayan Ukrayna müharibəsindən sonra Rusiyanın iqtisadiyyatına və beynəlxalq ticarətinə qarşı müasir tarixin ən əhatəli sanksiyalarını tətbiq etməyə başlayıb.

Rusiya iqtisadiyyatının əsasını təşkil edən enerji, maliyyə, müdafiə sənayesi, logistika və aviasiya kimi sektorları hədəf alan sanksiyalar İkinci Dünya Müharibəsindən sonra sürətlə böyüyən Rusiya-Avropa ticarətinə də zərbə vurub.

Sanksiyalar çərçivəsində Rusiya Mərkəzi Bankına və Rusiyanın mühüm banklarına məxsus 300 milyard dollardan çox aktivlər Qərb ölkələri tərəfindən dondurulub, ehtiyat hissələri və texnoloji məhsullar kimi mühüm məhsulların Rusiyaya ixracına sərt məhdudiyyətlər qoyulub.

Ən sərfəli kredit üçün müraciət et

Qərb rəsmilərinin və bir çox ekspertlərin fikrincə, iqtisadi çöküşlə üzləşməli olan Rusiya iqtisadiyyatı isə, gözlənilənin əksinə olaraq, 2023-cü ildə 3,6 faiz artaraq Avropa və ABŞ-ı geridə qoyub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et