"Azərbaycan iqtisadiyyatını şaxələndirməsə yaxın 30 ildə ÜDM-i cəmi 10 % artacaq" | Banco.az

"Azərbaycan iqtisadiyyatını şaxələndirməsə yaxın 30 ildə ÜDM-i cəmi 10 % artacaq"

Əgər Azərbaycan neft gəlirləri modelinə söykənsə və iqtisadiyyatını şaxələndirməsə qarşıdakı 30 ildə ölkənin ümumi daxili məhsulu (ÜDM) cəmi 10 % artacaq.

Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl təmsil etdiyi qurumun "Qlobal İqtisadi Perspektivlər" hesabatının təqdimatında, "Qlobal və iqtisadi yavaşlamanın Azərbaycana təsiri" adlı panel müzakirələrdə bildirib.

Onun sözlərinə görə, şaxələndirmə Azərbaycanı yüksək gəlirli ölkələr sırasına çıxaracaq: “Əgər Azərbaycan iqtisadiyyatın neftdən asılılığını azaltmasa o zaman 2050-ci ildə də aşağı gəlirli ölkələr sırasında olacaq. Amma ölkədə islahatlar davam etdirilsə və iqtisadiyyatın neft sektorundan asılılığı azaldılsa, 30 ildən sonra adambaşına düşən ÜDM indikindən azı 40 % çox ola bilər”.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et