Bu ölkə Yaponiyada keçiriləcək “EXPO-2025” sərgisində iştirak etməkdən imtina edib | Banco.az

Bu ölkə Yaponiyada keçiriləcək “EXPO-2025” sərgisində iştirak etməkdən imtina edib

Müəllif - Aida İsaq, Banco.az

Estoniya Yaponiyada keçiriləcək “EXPO-2025” sərgisində iştirak etməkdən imtina edib.

Banco.az xəbər verir ki, buna səbəb olaraq ölkənin dövlət xərclərini azaltmaq niyyəti göstərilir. Məlumata görə, İqtisadiyyat və İnformasiya Texnologiyaları Naziri Tiit Riisalo hökumət xərclərinin azaldılması fonunda Yaponiyada altı ay davam edəcək ümumdünya sərgisində iştirakdan imtina etmək təklifini müzakirə üçün hökumətə təqdim edib.

T.Riisalonun sözlərinə görə, sərgidə iştirak etmək üçün ölkəyə təxminən üç-dörd milyon avro lazımdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram