Avrozona 25,6 milyard avro dəyərində xarici ticarət kəsiri ilə üzləşib | Banco.az

Avrozona 25,6 milyard avro dəyərində xarici ticarət kəsiri ilə üzləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozona mart ayında 25,6 milyard avro dəyərində xarici ticarət kəsiri ilə üzləşib.

Banco.az xəbər verir ki, Avropa Statistika Komitəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın mart ayı üzrə beynəlxalq ticarət məlumatlarını dərc edib.

Bu məlumatlara görə, mart ayı ərzində Aİ-nin ixracı əvvəlki ilin eyni dövrünə nəzərən 9,4 faiz artaraq 242,2 milyard avroya, idxalı isə 13,2 faiz azalaraq 217,5 milyard avroya çatıb. Odur ki, sözügedən dövrdə Aİ-nin xarici ticarət kəsiri 24,7 milyard avro təşkil edib.

Avrozonada ixrac isə mart ayında 2022-ci ilin eyni dövrünə görə 7,5 faiz artaraq 269,2 milyard avroya, idxal da 10 faiz azalaraq 243,6 milyard avroya çatıb. Bununla da, region ölkələrində ticarət kəsiri mart ayında 25,6 milyard avro olaraq hesablanıb.

Xatırladaq ki, Avrostat 2023-cü ilin ilk rübündə Avropa İttifaqı (Aİ) və Avrozonanın artım templəri ilə bağlı aparıcı məlumatları yeniləyib. Bu məlumatlara görə, 20 üzvdən ibarət Avrozonada mövsümi təsirlərdən kənarlaşdırılmış Ümumi Daxili Məhsul (ÜDM) 2023-cü ilin I rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et