Beynəlxalq avtomobil daşımalarına dair icazələrin və rüsumların ləğvi təsdiqlənib | Banco.az

Beynəlxalq avtomobil daşımalarına dair icazələrin və rüsumların ləğvi təsdiqlənib

Milli Məclis Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihələrini I oxunuşda qəbul edib.

Dəyişiklik layihələri parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq icazə blanklarının verilməsi səlahiyyəti ləğv olunur.

Təklif olunan dəyişikliklə bağlı icazə blanklarının verilməsinə görə dövlət rüsumunun da ləğv olunması nəzərdə tutulur. Bu isə “Dövlət rüsumu haqqında” qanun dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Yeniliyin bu il martın 1-dən tətbiq olunması planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et