"Maliyyə sektorunun inkişafı strategiyası hazırlanacaq" | Banco.az

"Maliyyə sektorunun inkişafı strategiyası hazırlanacaq"

Yanvar ayından beynəlxalq konsultantlarla birgə Maliyyə sektorunun inkişafı strategiyası hazırlanacaq.

Bunu Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, strategiya 3 illik dövrü əhatə edəcək və istiqaməti iki hissəli olacaq. "Birinci hissə AMB-nin tranformasiyası, ikinci hissə maliyyə sektorunun transformasiyası ilə bağlı olacaq. Biz regulyator olaraq istəyirik ki, informasiya texnologiyalarının tətbiqi bazarda daha da inkişaf etsin"- deyə T. Kazımov əlavə edib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et