Yeni il tətilini ən səmərəli necə keçirək? | Banco.az

Yeni il tətilini ən səmərəli necə keçirək?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Sabahdan artıq ölkəmizdə Yeni il münasibətilə qeyri-iş günləri başlayır. Bu dəfə təkcə iş həftəsinin deyil, ötən ilin də yorğunluğunu atmaq üçün istirahət günlərini səmərəli keçirməyə çalışmalıyıq. Yəqin ki, əksəriyyətimizin yeni illə bağlı müxtəlif planları, hədəfləri var, ancaq gəlin əvvəlcə yaxşıca dincələk, köhnə illə vidalaşaq, bunun üçün də özümüz üçün fasilə götürək. 

Odur ki,  Banco.az sizə tətil günlərini necə faydalı keçirə biləcəyinizi təqdim edir:

Əvvəlcə gəlin mövsümün ruhunu hiss etdirən filmlərə tamaşa edək. Aşağıdakı linkə daxil olmaqla sizin üçün hazırladığımız filmlərin siyahısı ilə tanış ola bilərsiniz.

İndi isə Yeni ilin, Milad bayramının yarandığı yerlərə virtual səfərə çıxaq. Bayramın dünyanın müxtəlif ölkələrində, xüsusən də Avropada necə qeyd olunduğuna nəzər salaq. Təbii ki, bu bayramı fərqli tərzdə qeyd edən, yaxud etməyən xalqlarla da tanış olmaq yerinə düşər.

Nəhayət bir az da fərdi inkişaf, yeni planlar üçün motivasiya…

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et