Soyuq qış günlərində ürəyinizi isidəcək Milad filmləri | Banco.az

Soyuq qış günlərində ürəyinizi isidəcək Milad filmləri

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hər ilin dekabr ayını Milad və Yeni il filmləri ilə qarşılamaq çoxumuz üçün, məncə, artıq adət halına çevrilib. Çünki uşaqlıqdan bəri bu filmlər bizə yeni ilin gəlişini xəbər verir, yeni ümidlər, gözəl başlanğıclar müjdələyir. Ürəyimizi isidən, soyuq qış günlərinin boz ab-havasını parlaqlığı ilə rəngləndirən Yeni il filmləri tanımadığımız həyatların işığına toplaşmağımıza səbəb olur. 

Siz də isti şokoladınızı, çayınızı və ya kofenizi götürün, əvvəlcə məqaləmizdəki filmlərlə tanış olun, sonra isə bəyəndiklərinizə tamaşa etməyə başlayın. Axı qarşıda hələ nağılvari bayram tətili var...

Banco.az həm yeni, həm də illər ərzində aktuallığını itirməmiş Milad və Yeni il filmlərindən ibarət builki siyahını təqdim edir.

The Claus Family (1,2)

Watch The Claus Family | Netflix Official Site

Buraxılış ili: 2020

Ölkə: Belçika

Babasının qəfildən xəstələnməsi nəticəsində ailəsinin sehrli irsi ilə tanış olan Culs öyrənir ki, Milad ənənəsini məhv olmaqdan sadəcə o qurtara bilər. Bayrama nifrət edən bu gənc oğlan Milad ruhunun yox olmasına icazə verəcəkmi?

Qeyd edək ki, hadisələrin daha da maraqla davam etdiyi filmin ikinci hissəsinə də tamaşa etməyinizi tövsiyə edirik.

Christmas with the Kranks

Watch Christmas with the Kranks | Netflix

Buraxılış ili: 2004

Ölkə: ABŞ

Qızları Blerin oxumaq üçün Peruya getməsindən sonra Lüter və Nora Krank cütlüyü həmin il Milad bayramını qeyd etməmək qərarına gəlirlər. Qarlı, soyuq qış günlərindən uzaqlaşıb kruiz səfərinə çıxmağa hazırlaşan cütlüyün planı qızlarının bayram ziyarəti xəbəri ilə suya düşür. Blerə ənənəvi Milad şənliyini vəd edən ata-anasının bu vədlərinə sadiq qalmaq üçün isə cəmi bir neçə saatı var. Bəs Milad öz sehrli möcüzəsini göstərəcəkmi?

The Noel Diary

Watch The Noel Diary | Netflix Official Site

Buraxılış ili: 2022

Ölkə: ABŞ

Əsərləri böyük tirajla satılan, tanınmış roman müəllifi Castin Milad ərəfəsi bir vaxtlar ailəsi ilə birlikdə yaşadığı evə qayıtmalı olur. Görəsən keçmişin qatı açılmamış sirləri bugünün həqiqətini dəyişə biləcəkmi?

A Christmas Miracle for Daisy

A Christmas Miracle for Daisy (2021) — The Movie Database (TMDB)

Buraxılış ili: 2021

Ölkə: ABŞ

İnteryer dizayneri Uitni üçün keçmiş sevgilisinin qızı ilə birlikdə yaşayacağı evi dekorasiya etmək əsl Milad süprizi olur. Balaca qızcığazın isə bu bayramdan yeganə diləyi var. Maraqlıdır, şaxta baba bu diləyi yerinə gətirməyə qadirdirmi?

Daddy's Home 2

Daddy's Home 2 (2017) - Official Holiday Trailer - Paramount Pictures -  YouTube

Buraxılış ili: 2017

Ölkə: ABŞ

Dasti və Bred uşaqlarına ən mükəmməl Milad bayramını yaşatmaq istəyirlər. Ancaq qəhrəmanlarımızın ataları eyni anda onları ziyarət etmək qərarına gəldikdə bütün planlar dəyişməli olur. Doyunca gülməyə və Milad ruhunun bir-birindən yerlə-göy qədər fərqli xarakterə sahib bu dörd atanın həyatında nələri dəyişəcəyinə şahid olmağa hazır olun.

Falling for Christmas

Watch Falling for Christmas | Netflix Official Site

Buraxılış ili: 2022

Ən sərfəli kredit üçün müraciət et

Ölkə: ABŞ

Sierra otel şəbəkələri olan milyonçu atanın yeganə qızıdır. Bir gün xizək qəzasında yaddaşını itirən gənc qadın bu hadisə nəticəsində həyatını dəyişdirəcək insanlarla və onların Milad ənənəsi ilə tanış olur.

Christmas Time Is Here

Christmas Time Is Here - Great American Family Movie - Where To Watch

Buraxılış ili: 2021

Ölkə: ABŞ

Nia atasının ailə yadigarı mehmanxanasını satın almağa çalışan və eyni zamanda karyerasının ən böyük müştərisi olan Culiana gözləmədiyi halda aşiq olduğu zaman romantika, karyera və ailə əlaqələri toqquşur. Təbii ki, bütün çətinliklərin öhdəsindən gəlmək üçün onların Milad sehrinə inanmağa ehtiyacları var.

The Family Stone

Watch The Family Stone Streaming Online | Hulu (Free Trial)

Buraxılış ili: 2005

Ölkə: ABŞ

Ənənəçi və inadkar iş qadını Meredit Milad ərəfəsi sevgilisi ilə birlikdə oğlanın qeyri-adi və açıq fikirli ailəsini ziyarətə gedir. Belə bir mühitdə özünü artıq hiss edən gənc qadın bu vaxta qədər formalaşdırdığı qayda-qanunları dəyişdirməyə hazırdırmı?

Christmas on Ice

CHRISTMAS ON ICE - Official Movie Trailer - YouTube

Buraxılış ili: 2020

Ölkə: ABŞ

Keçmiş fiqurlu konkisürən və keçmiş xokkey oyunçusu bələdiyyə başçısının yerli konkisürmə meydançasını bağlamasına mane olmaq üçün birlikdə işləməli olurlar. Miladın isti nəfəsi buz meydançasından da soyuq ürəklərin buzunu açmağa kifayət edəcəkmi?

Noel

Noel streaming: where to watch movie online?

Buraxılış ili: 2004

Ölkə: ABŞ

Nyu-Yorkda Milad bayramına lap az qalıb. Rouz altsheymer diaqnozu qoyulan yaşlı anası ilə xəstəxanada qalmalıdır. Nina nişanlısı Maykın qısqanclıqları səbəbilə qarşıdan gələn evliliyini ləğv etməyi düşünür, Maykı isə onun mərhum həyat yoldaşının reenkarnasiyası olduğuna inanan ofisiant Arti izləyir. Bu minvalda Culs adlı bir gənc özünün ən xoşbəxt Milad xatirəsini yenidən yaratmaq istəyir.

Müxtəlif həyatları bir-birinə bağlayan, sevgi, ailə və bağışlanma haqqında təsirli mesajlar ötürən bu cəlbedici Milad dramına heyran olacaqsınız.

Bonus

Scrooge: A Christmas Carol

Watch Scrooge: A Christmas Carol | Netflix Official Site

Buraxılış ili: 2022

Ölkə: Birləşmiş Krallıq

Siyahının bonus filmi isə ingilis ədəbiyyatının ən məşhur yazıçılarından biri Çarlz Dikkensin eyniadlı romanının motivləri əsasında hazırlanmış animasiyadır. Dilimizə “Milad Nəğməsi” kimi tərcümə olunan bu əsər Ebenecer Skrucun başına gələn hadisələrdən bəhs edir. Belə ki, soyuq Milad ərəfəsi eqoist, xəsis iş adamı Skrucun keçmişi ilə üzləşmək və gələcəyi dəyişdirmək üçün təkcə bir gecəsi var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et