İşinizi asanlaşdıracaq ən faydalı mobil tətbiqlər | Banco.az

İşinizi asanlaşdıracaq ən faydalı mobil tətbiqlər

Tamara Mustafayeva, Banco.az

Hazırkı dövrdə iş-şəxsi həyat arasındakı balans 20 il əvvəlkindən fərqlidir. Belə ki, indi əksər insanlar kompüter arxasında saatlarla vaxt keçirmək əvəzinə zəruri işlərini smartfonlar vasitəsilə həll edirlər.

Bugünkü məqaləmizdə sizə işinizi asanlaşdırıb məhsuldarlığınızı artıracaq ən faydalı mobil tətbiqlərdən bəhs edəcəyik.

1. DropBox

Branding - Dropbox

Əgər sizin bütün həyatınız müxtəlif layihələrlə məşğul olmaqla keçirsə, DropBox kimi yaddaş tətbiqlərindən istifadə etməklə başa çatmış layihələrin avtomotik olaraq smartfonunuzdan silinməsi ilə işinizi asanlaşdıra bilərsiniz. Etməli olduğunuz yeganə şey kompüterin yaddaşında olan lazımi qovluqları DropBox tətbiqinə köçürmək, daha sonra isə smartfon və ya planşetə yüklənmiş tətbiqdə qeydiyyatdan keçməkdir. Bununla da siz internetə çıxış imkanı olan istənilən yerdən kompüterin yaddaşına daxil ola biləcəksiniz.

DropBox tətbiqindən sənədləri mail və ya mesaj vasitəsilə göndərmək də kifayət qədər asan prosesdir.

2. HelloSign

Legally Binding Electronic Signatures - HelloSign

Əgər hər hansı bir sənədə onlayn imza atılmalıdırsa, HelloSign bunun üçün ən yaxşı və nisbətən daha ucuz seçimlərdən biridir. Siz bu tətbiqdən istifadə etməklə hüquqi əhəmiyyətli müqavilələr üçün müvafiq sənədləri göndərə və qəbul edə bilərsiniz.

3. Trello

Trello 101 | Getting Started with Trello

Bu tətbiq həyatınızın istənilən sferasını siyahı və lövhələrin köməyilə təşkil etməyinizə imkan yaradacaq. Tətbiqi yükləməklə özünüz şəxsi siyahı və lövhələrinizi yarada və ya hazır şablonlardan faydalana bilərsiniz. Qeydiyyatdan keçmək ödənişsizdir və tətbiqin interfeysi Pinterest və Medium proqramlarına bənzəyir. Adətən əksər insanlar bu tətbiqdən həm şəxsi, həm də işgüzar fəaliyyətlərini təşkil etmək üçün istifadə etsə də, bəzi şirkətlər ondan işçilərinin müəyyən layihələr üzrə fəaliyyətlərini tənzimləmək üçün faydalanırlar.

4. Focus Booster

Heç olub ki, gün ərzində vaxtınızı boş yerə sərf etdiyinizi düşünəsiniz? Ya da iş gününün həddindən artıq uzandığını? Halbuki bəzi məqamlara xüsusi diqqət yetirərək bu problemin həllini tapa bilərsiniz. Bunun üçün isə Focus Booster tətbiqini mobil telefonlarınıza yükləməyiniz kifayətdir.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən tətbiq 25 dəqiqə prinsipinə əsaslanır və bu tətbiqdən istifadə edənlər daha az vaxtda daha çox iş görə bildiklərini qeyd edirlər. Tətbiq tapşırıqlara vaxt ayırarkən diqqətinizi yayındıran şeyləri uzaqlaşdırmağa kömək edir.

5. CamScanner

CamScanner alternatives: Here are five apps that you can use

Bu tətbiq smartfon və ya planşetlərdəki fotoşəkilləri asanlıqla PDF sənədə çevirmək üçün ideal seçimdir.

6. Square Appointments

Square Appointments: Booking, Scheduling, Payments – Праграмы ў Google Play

Bir çox avtomatik planlaşdırma xidmətləri təkcə kompüterdə istifadə üçün nəzərdə tutulsa da, Square Appointments tətbiqi sizə imkan yaradır ki, bütün işlərinizi mobil telefon vasitəsilə təşkil edəsiniz. İstər müştərilərlə işgüzar görüşlər, istərsə də digər fəaliyyətlər üçün müvafiq vaxt təyin istəyirsinizsə, tətbiq sizin əvəzinizə boş vaxtlarınızı müəyyən edir və daha sonra müştəriləriniz və ya həmkarlarınız görüş üçün müvafiq vaxtı özləri seçə bilir.

7. Asana

Project Management Made Fun: Asana For Nonprofits - The Modern Nonprofit

Bu tətbiq xüsusən layihə meneceri kimi işləyən insanların ən yaxşı köməkçisi ola bilər. Tətbiq demək olar ki, bütün aparıcı məhsuldarlıq tətbiqləri ilə inteqrasiya edə bilir və müəyyən layihələr üzrə çalışan komandaların məxsusi ehtiyacları üçün nəzərdə tutulmuşdur.

Həmçinin oxu: Mütləq bilməli olduğunuz 100 faydalı internet saytı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et